Millilərimizin rəqibləri bilindi

17 Dekabr 2019 19:54

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasındakı rəqibləri müəyyənləşib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Vasif Tаlıbovun baş məşqçisi olduğu komanda C qrupunda mübarizə aparacaq.

Yığmamız Ukrayna, İspaniya və Rumıniya ilə qarşılaşacaq.

Kişilərdən ibarət millimiz isə Gümüş Avropa Liqasının A qrupunda Finlandiya və Xorvatiya ilə üz-üzə gələcək.

Qeyd edə ki, hər iki yarışda qrup oyunları gələn il may-iyun aylarında keçiriləcək.

Milli.Az