Seçkilərdə iştirak üçün 233 nəfərin namizədliyi təsdiqlənib

17 Dekabr 2019 16:58

"Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 469 namizəd müraciət edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərinin 233 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 155 nəfəri isə imza vərəqələrini artıq götürüb.

Milli.Az