"Çelsi"nin transfer siyahısı bilindi

17 Dekabr 2019 16:26

"Çelsi"nin transfer siyahısı açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London klubu Vilfrid Zaha ("Kristal Pelas"), Leon Beyli ("Bayer Leverkuzen"), Timo Verner ("Leypsiz", Almaniya), Samuel Çukvueze ("Vilyarreal", İspaniya), Mussa Dembele ("Lion", Fransa) və Natan Ake ("Bornmut") kimi oyunçularla maraqlanır.

"Çelsi" rəhbərliyi qış transfer pəncərəsi dövründə yeni futbolçuların alınmasına 150 milyon funt-sterlinq (177.5 milyon avro) xərcləmək niyyətindədir.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) FIFA-nın "Çelsi"ə tətbiq etdiyi transfer qadağasını ləğv edib.

Milli.Az