Bakıda kişi ipdən asılan paltarları oğurladı - VİDEO

17 Dekabr 2019 17:44

Bakıda paltar oğrusu peyda olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. Yaşayış evlərinin eyvanında ipdən asılan paltarları oğurlayan orta yaşlı kişinin görüntüləri yayılıb.

Ev sahibinin bildirdiyinə görə, oğurluq səhər 06 radələrində qeydə alınıb. Paltarlar isə əsasən kişi geyimləri olub.

Milli.Az