Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə olunacaq

17 Dekabr 2019 14:39

"Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılmasının müzakirəsi nəzərdə tutulur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, dekabr ayının 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq:

"Keçiriləcək görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın dəmir yollarından nümayəndələr iştirak edəcək. Çindən gələn yüklərin daşınmasında bu, yeni marşrut xətti ola bilər"

Milli.Az