ABŞ-ın "Apple" korporasiyası Britaniyanın "Spectral Edge" startapını satın alıb. Startap tərəfindən hazırlanmış texnologiya ABŞ şirkətinin smartfonları ilə çəkilən şəkillərin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, satınalma haqqında "Bloomberg" nəşri məlumat verib. "Spectral Edge" startapı Şərqi İngiltərə Universitetinin tədqiqatçılar qrupu tərəfindən təsis edilib. Onlar şəkillərin keyfiyyətini yüksəltməyə imkan verən texnologiya hazırlayıblar.
Hələ 2016-cı ildə "TechCrunch" nəşri tərəfindən "Spectral Edge" haqqında məqalədə dərc edilmiş iki fotoşəkilə əsasən demək olar ki, texnologiya şəklin dinamik diapazonunu və rənglərin dolğunluğunu artırmağa kömək edir.
Milli.Az