Rusiya Aya kommersiya yükləri daşımaq niyyətindədir

19 Dekabr 2019 21:15

Rusiyanın "Roscosmos" dövlət kosmos fəaliyyətləri şirkəti Aya komersiya yüklərini daşımaq üçün qurğu yaratmağı nəzərdə tutur.

Milli.Az chip.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəhbəri Dmitri Roqozin bildirib.

O həm Rusiyanın, həm də başqa ölkələrin yüklərini daşıya biləcəklərini qeyd edib. Bu layihənin Ayada aparılan tədqiqatlara çəkilən xərcləri qarşılamaq üçün düşünüldüyü də diqqətə çatdırılıb.

Milli.Az