Snaprdagon 730G ilə Redmi K30-un satış tarixi açıqlandı

19 Dekabr 2019 22:40

Yeni Redmi K30 smartfonları dekabrın 11-də təqdim edilib və ən əlçatan 4G ilə olan versiyası artıq Çində satışa çıxarılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, 5G-yə malik Redmi K30 daha sonra satışa çıxarılacaq və daha əvvəl bildirildiyi kimi, öz seqmentində ən ucuz məhsul olacaq.

Snaprdagon 730G ilə Redmi K30 smartfonu yanvarın 15-də buraxılacaq və 8/128  GB versiya üçün 375 dollar qiyməti təklif olunacaq.

8/256 GB top konfiqurasiya 415 dollar dəyərində qiymətləndirilib.

Milli.Az