Deputat metal dəyənəklə döyüldü

18 Dekabr 2019 03:30

Ukraynanın Volın bölgəsində şəhər şurasının deputatı metal dəyənəklə döyülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Novovolınsk Şəhər Şurasının deputatı küçədə mübahisə etdiyi şəxslərin hücumuna məruz qalıb.

Naməlum şəxslər ona metal dəyənəklə xəsarət yetiriblər.

Deputatın adı açıqlanmır, hazırda o, xəstəxanadadır.

Milli.Az