Doğum evində faciə - FOTO

17 Dekabr 2019 13:59

Doğum evində faciəvi olay yaşanıb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Argentinanın Gualeguayçu şəhərində yerləşən "Sanatorio Pronto" klinikasında yeni doğulan körpə ölüb.

Yeni doğulan körpə həkimlərin onu tuta bilməməsi səbəbindən ölüb. Belə ki, sürətlə çıxan uşaq sürüşərək yerə düşüb. Başı yerə çaxılan körpə hadisə yerindəcə keçinib.

Körpənin valideynləri klinikanı və həkimləri məhkəməyə verib, onların cəzalandırılmasını tələb edilər.

Məsələ ilə bağlı cinayət işi açılıb. Əgər, uşağın həkim diqqətsizliyi nəticəsində öldüyü təsdiqlənsə o, həbs oluna bilər.

İsmayıl
Milli.Az