Flippində güclü zəlzələ - 8 ölü, 149 yaralı

17 Dekabr 2019 20:19

Ötən gün Flippinin Mindanao adasında baş vermiş 6,4 bal gücündə zəlzələ nəticəsində 8 nəfər həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daha 149 nəfər xəsarət alıb.

Yeraltı təkanlar nəticəsində 1483 yaşayış binası və 58 infrastruktur obyekti dağılıb.

Milli.Az