Cavid Qurbanov: "İşçilərin əməkhaqqında 2015-ci ildən 95 faiz artım var"

17 Dekabr 2019 12:39

"Bu gün Azərbaycanda dəmir yollarında orta sürət 55 km üzərindədir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, bu sürətin əldə edilməsi üçün 2015-ci ildən bəri xeyli işlər görülüb.

O bildirib ki, hazırda dəmir yollarında 20 minə qədər insan çalışır: "İşçilərin əmək haqqında 2015-ci ildən 95 faiz artım var. 2015-ci ilə qədər dəmir yollarında orta əməkhaqqı 130 manata qədər olubsa, indi 583 manata qədərdir. Ancaq bu son deyil. Dəmir yolunda yeni kadrlara üstünlük verilir, islahatlar aparılır".

Milli.Az