"Barselona"nın braziliyalısı "El Klasiko"nu buraxacaq

17 Dekabr 2019 14:49

İspaniya La Liqasının X turundan təxirə salınmış matçda "Real"la qarşılaşacaq "Barselona" oyuna ciddi itki ilə çıxacaq.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun daha bir oyunçusu "El Klasiko"nu buraxacaq.

Hücumçu Usman Dembeledən sonra yarımmüdafiəçi Artur Ramosun da "Nou Kamp"dakı qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib. Əzələ problemi ucbatından 3 həftədi komandadan ayrı düşən Braziliya millisinin üzvü hazırda bərpa dönəmi keçir. Həkimlər onun ən yaxşı halda yanvarın 4-də "Espanyol"la görüşə yetişəcəyini açıqlayıb.

Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması sabah keçiriləcək.

Milli.Az