Türkiyədə silahlı şəxs bank işçilərini girov götürdü

17 Dekabr 2019 12:54

Türkiyənin Antalya vilayətində silahlı şəxs bank işçilərini girov götürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 10 nəfər girov saxlanılır.

Onların arasında müştərilərin də olduğu deyilir. Polis girovların azad edilməsi üçün əməliyyata başlayıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az