Ukraynanın Odessa şəhərində radikallar əyalət şurasının deputatının avtomobilini yandırıblar.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, naməlum şəxslər departament binasının önündə park edilən avtomobilə "molotov kokteyli" atıblar.
Bildirilir ki, alov sürətlənib və maşın külə dönüb. Şahidlərin sözlərinə görə, hadisə baş verməmişdən əvvəl naməlum şəxslər avtomobilin qeydiyyat nişanını açaraq özləri ilə aparıblar.
Milli.Az