"Beləsi varsa, gəlsin" - Günel sevgili axtarır

17 Dekabr 2019 11:19

"Bəzən birinə ruhunu, qəlbini əmanət etmək istəyərsən. Baxarsan ki, bu zamanadək yalnızlaşıb, qırılıb. Bəlkə də səninlə bütövləşsə, yenidən normala dönəcək, insanlara inanacaq".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb.

O, mahnı ifa edərkən videosunu paylaşıb və birini gözlədiyinə bu sözlərlə eyham vurub:

"Qonaqpərvərlik ruhumuzda var. Sadəcə qalıcı olanlar, gəlib getmək istəməyənlərin üzünə xoş baxmayanda hiss edir, yadlaşır. Özü gedir. Belə düşünün: Bir məsciddə tərk edilmiş körpəni sevməziniz? Sahiblənmərsiniz? Öz canın kimi qorumazsınız? Xəstəlikdə, sağlamlıqda tək ürək kimi sarılmazsınız? Beləsi varsa, gəlsin. Yoxdursa, iki addım o tərəfdə gözləsin".

Milli.Az