Moskvanın mərkəzində maşın beton arakəsməni qıraraq çaya düşdü - VİDEO

17 Dekabr 2019 11:09

Moskvada "Honda" markalı minik avtomobili beton arakəsməni qıraraq Yauza çayına düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəzanın nəzarət kameralarına düşən video görüntülərini "Life" yayımlayıb. 

Kadrlardan göründüyü kimi, çaya düşməzdən əvvəl avtomobil "Qazel" markalı yük maşınına çırpılır.

Xəbər verilir ki, qəza nəticəsində iki nəfər ölüb.

Milli.Az