"Boeing"in bu modellərinin istehsalı dəyandırılır

17 Dekabr 2019 09:09

"Boeing" şırkəti "737 MAX" tipli avialaynerlərin istehsalını gələn ilin yanvarından etibarən dayandırmaq qərarına gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Boeing" şirkəti istehsalın azaldılmasının mövcud təyyarələrin tədarükünə diqqət yetirməyə imkan verəcəyini bildirib.

Qeyd edək ki, 2018-ci il oktyabr və cari ilin martında baş verən, 346 nəfərin ölümünə səbəb olan iki aviaqəzadan sonra "737 MAX" model təyyarələrinin uçuşları dayandırılıb. Qəzalara səbəb olaraq düzgün işləməyən proqram təminatı göstərilib.

Milli.Az