Türkiyə Superliqasında 15-ci tura yekun vurulub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə iki görüş keçirillib.
"Başakşəhər" doğma meydanda "Konyaspor"la heç-heçəyə razılaşıb. "Trabzonspor" isə öz meydanında "Dənizlispor"a məğlub olub.
16 dekabr
"Başakşəhər" - "Konyaspor" - 1:1
Qollar: Ponk, 26 (1:0), Miloşeviç, 63 (1:1)
"Trabzonspor" - "Dənizlispor" - 1:2
Qollar: O.Yılmaz, 21-avtoqol (1:0), Rodalleqa, 59 (1:1), 83 (1:2)
Qeyd edək ki, turnir cədvəlinə 33 xalla "Sivasspor" başçılıq edir. "Başakşehir" və "Beşiktaş" 27 xalla 2-ci, 3-cü yerləri bölüşür. "Trabzonspor" 26 xalla 4-cü, "Fənərbaxça" 25 xalla 5-ci, "Qalatasaray" 24 xalla 6-cıdır.
Milli.Az