İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

16 Dekabr 2019 21:27

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli və "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən Fondun nizamnamə kapitalı 566 000 000 manatdan (beş yüz altmış altı milyon) 637 000 000 (altı yüz otuz yeddi milyon) manata çatdırılır.

Milli.Az