Xərçəng əleyhinə pəhriz menyusu - Həm xəstələr, həm sağlamlar üçün

16 Dekabr 2019 23:27

Alimlər şiş hüceyrələrinə qarşı orqanizmi davamlı edən, metastazları ləngidən, sağlam insanlarda isə xərçəng riskini azaldan, qoruyan qida maddələrini və menyunu hazırlayıblar.

Xərçəngi gözləmədən, elə indidən rasionunuza dəyişiklik edin.

Milli.Az medicina.az-a istinadən həmin menyunu təqdim edir.

- Şişlərin böyüməsinə qarşı: skumbriya balığı, seld, kələm növləri, fıstıq, püstə, katrof
Bu qidaların hamısında selenium vardır. Bu maddə kanserogen maddələri zərərsizləşdirir

- Zəncəfil - tərkibində qineqrol vardır ki, xərçəngin düşmənidir

- Alma, qara üzüm, pomidor, qırmızı soğan - kversetinlə zəngindir, hüceyrəni DNT səviyyəsində qoruyur. Sərbəst radikalları zərərsizləşdirir, şiş hüceyrələrini onlar yayılmağa başlamadan məhv edir

- Sarıkök - bütün qarnirlərə sarıkök əlavə edin. Ən güclü xərçəng əleyhinə vasitədir.

Bağırsaq, sümük, süd vəzi, prostat vəz xərçəngində effektivdir

- Zeytun yağı - bütün isti və soyuq yeməkləri təmiz sıxılma zeytun yağı ilə hazırlayın.

Bu yağda olan oleokantal xərçəng hüceyrəsinin daxilinə kimi gedib çıxa bilir.
Gündəlik menyuda qidalar bu miqdarda seçilməlidir: 55% karbohidrat, 30% yağ, 15 % zülal

Menyu nümunəsi:

Şorba: balıq, tərəvəz, göbələk, noxud, lobya, mərci

Əsas yemək: təzə salat, buxarda hazırlanmış tərəvəz, balıq, hind quşu, toyuq əti (yağsız)

İçkilər: giləmeyvə kompoty, kefir, ayran, kisel, yaşıl çay

Yağ bazası kimi qoz, fındıq, çərəzlər istifadə edilə bilər.

Milli.Az