"The Wall Street Journal": "Boeing" "737 Max" tipli təyyarələrin istehsalına fasilə verməyi nəzərdən keçirir

16 Dekabr 2019 23:18

ABŞ-ın "Boeing" şirkəti "737 Max" tipli təyyarələrin istehsalına fasilə verməyi nəzərdən keçirir.

Milli.Az bildirir ki, AZƏRTAC "The Wall Street Journal"a istinadla xəbər verir ki, şirkətin rəhbərliyi bu addımı ən məqbul seçim hesab edir.

Qeyd edək ki, uçuş idarəetmə sistemində istehsal səhvi səbəbindən ötən iki ildə "737 Max" tipli sərnişin təyyarələrində baş verən 2 qəzada ümumilikdə 346 nəfər ölüb.

İndoneziya və Efiopiyadakı qəzalardan sonra Türkiyə, Çin, Efiopiya, İngiltərə, Almaniya, Fransa, Niderland, Avstriya başda olmaqla bir çox ölkə "Boeing 737 Max" tipli təyyarələri üzrə əməliyyatları müvəqqəti dayandırıb və hava məkanlarını da bu təyyarələrə bağlamışdı.

Milli.Az