Karlovı Varıda məşhur "İmperator hamamları" yenidən qurulur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, işlər bu istirahət günləri başlayıb.
"İmperator hamamları" kompleksi Çexiyanın dövlət tərəfindən qorunan milli mədəniyyət abidəsidir. Karlovı Varıda olanlar "Pupp" Qrand otelini çox yaxşı tanıyırlar və bu otelin qarşısında yerləşən kafedə heç olmazsa bir dəfə açıq səma altında çay və ya qəhvə içiblər, yaxud dondurma yeyiblər. Bax həmin kafe "İmperator hamamları"nın böyründə yerləşir.
Bildirilir ki, yenidənqurma xəzinəyə təqribən 33 milyon avroya başa gələcək.
Gözlənildiyinə görə, bərpa işlərindən sonra burada bir neçə muzey ekspozisiyası, kafe, kitabxana açılacaq, daxili həyətdə əlavə bina inşa ediləcək və burada Karlovı Varı Simfonik Orkestrinin konsert zalı yerləşəcək.
Milli.Az