Bakıda avtomobildən meyit tapıldı

16 Dekabr 2019 19:29

Bakıda kişi meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Gədəbəy rayon sakini, 1954-cü il təvəllüdlü Quliyev Məzahir Sarı oğlunun meyiti özünə məxsus avtomobildə aşkar edilib. Meyitin üzərində hər-hansı zorlakılıq əlamətləri aşkar edilməyib.

M. Quliyevin ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib. 

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az