Qusarda daha bir ailə dəm qazından zəhərləndi

16 Dekabr 2019 17:09

Qusar rayonunda bir ailə dəm qazından zəhərlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qalacıq kəndində baş verib.

Kənd sakinləri - 1987-ci il təvəllüdlü Şıxrəhimov Vaqif İslaməddin oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şıxrəhimova Ceyran Murad qızı dəm qazından zəhərlənib. Hər iki şəxs gecə saatlarında yaxınlarının köməkliyi ilə Qusar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.

Milli.Az