Öldürdükləri adamları yük avtomobilinə yığdılar

16 Dekabr 2019 22:35

Braziliyanın Rio-de-Janeyro şəhərində yük maşınından yeddi meyit tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları cəsədləri yanğınsöndürmə idarəsinin qarşısında aşkar ediblər.

Polislər hadisə yerindən bir neçə tapança, avtomat, iki qumbara və radiorabitə avadanlığı götürüblər.

Hadisənin narkobizneslə məşğul olan iki qruplaşma arasında olduğu təxmin edilir.

Milli.Az