ABŞ-ın İranın "Mahan Eyr" aviaşirkətinə qarşı sanksiya tətbiqi qanunsuzdur.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.
"Bizə dost olan ölkələrin qanunsuz, birtərəfli və əsassız ABŞ sanksiyalarına əhəmiyyət verməyəcəyini gözləyirik. Öz sanksiyaları ilə ABŞ digər ölkələrə də təzyiqlər edir", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ ötən həftə "Mahan Eyr" aviaşirkətinin təyyarələrini sanksiyalar siyahısına salıb.
Milli.Az