Depay mövsümü bitirdi - Avropa çempionatını buraxa bilər

16 Dekabr 2019 16:49

"Lion" ciddi itkilərlə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liqa 1-in 18-ci turunda "Renn"lə matçda Memfis Depayla Jeff Ren-Adelayde zədələnib. Hər iki futbolçu 6 ay yaşıl meydanlardan kənar qalacaq.

Mövsümü başa vuran Memfis Depay Niderland millisinə Avropa çempionatında kömək etməyə bilər. 25 yaşlı hücumçu bu mövsüm 18 oyuna 14 qol vurub, 2 qol ötürməsi edib.

Milli.Az