"Onun yanında Səməd Səmədovun arvadını görürdüm" - FOTO

16 Dekabr 2019 12:59

"İndi İlhamə xanımın bəzi qohum-əqrabası çıxıb ortalığa ki, İlhamənin sirdaşı idim, nə bilim nəyi idim deyirlər"

Milli.Az xəbər verir ki, bu sözləri "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) efirdə mərhum Xalq artisti barəsində danışarkən deyib.

Tolik ölümündən öncə İlhamə Quiyevanın yanında ən çox gördüyü şəxslərin adlarını açıqlayıb:

"Mənim onun yanında ən çox gördüyüm adamlar Lamiyə Ələkbərova (aparıcı) idi, Firuzə xanım idi, Cavanşir Məmmədov idi, Xatunu görürdüm son vaxtlar, Səməd Səmədovun arvadını görürdüm, Faiqi görürdüm. Amma indi elə qohumları çıxıb ki... Yox daha, İlhamə zəng edib sizə sirrini deyirdi. İlhamənin yanında gedəsiniz deyərəm, amma deyə bilmirəm. Orada yer də yoxdur. Sizin üçün ora çox böyük olar".

Məhəmməd Vaqif
Milli.Az