Azərbaycanlıların xaricdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları ilə bağlı RƏSMİ açıqlama

16 Dekabr 2019 12:54

"2016-cı ildən sonra Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları qeydə alınmayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.

S.Heydərov vurğulayıb ki, qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar da səhv etdiklərini, aldandıqlarını etiraf ediblər:

"Məsuliyyətə cəlb olunmuş şəxslərin ifadələrindən biz bunu görürük, eləcə də onların yaxınları, qohumlarından da eşidirik".

Milli.Az