İcra Hakimiyyətinin şöbə müdiri vəfat etdi

16 Dekabr 2019 11:34

Bakı Şəhər İcra Hakimiyyətinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, C. Tağıyev uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, mərhumun rəhbərlik etdiyi trest Bakı şəhərində olan bütün qəbirstanlıqlara nəzarət edirdi.

Milli.Az