Üzeyirdən daha bir rekord

16 Dekabr 2019 12:49

Müğənni Üzeyir Mehdizadə daha bir rekorda imza atıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin rəsmi "Youtube" səhifəsi Azərbaycanın ən böyük kanalı seçilib.

Buna zəmin yaradan isə ifaçının abunəçilərinin sayının 1 milyonu ötməsi olub.

Qeyd edək ki, kanaldakı videoların ümumi baxış sayı yarım milyarda yaxındır. Bundan başqa onun "Yaxşı olar" adlı ifası Azərbaycan dilində ən çox - 107 milyon dəfə izlənilən mahnıdır.

Milli.Az