“Deyirlər, "kim olmusan?" Onlara deyirəm ki, gedin qaldığım ərazidə maraqlanın" - Fatimə

16 Dekabr 2019 13:49

"Deyirlər ki, kim olmusan? Onlara deyirəm ki, gedin qaldığım ərazidə maraqlanın. Fatimə bayıra çıxanda hamı onun geyiminə baxırdı. Olur ki, kiminləsə sözün düz gəlmir, bu sözü işlədirlər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "ATV maqazin onlarla" proqramında rəqqasə Fatimə Fətəliyeva qalmaqal edən şəxslərin bir-birinə qarşı "Kim olmusan" sualını verməsi barədə deyib.

O bildirib ki, yaxın günlərdə bu sözə əsəbiləşib:

"Üç gecədir yatmıram. Gözümə qan dolub. Əsəbdən, yuxusuzluqdan".

Daha sonra müxbirin "Bu şəxs Xatundur" sualı onu əsəbiləşdirib. Fatimə "Qurban olum sənə, o, kimdir?" deyərək qalmaqal yaşadığı eks-dostunu tanımazlıqdan gəlib.

Milli.Az