Bakıda mənzildən kişi meyiti tapıldı

16 Dekabr 2019 09:04

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1970-ci il təvəllüdlü Şahverdiyev Anar Arif oğlu meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az