Dəkkədə fabrikdə yanğın 10 nəfərin ölümünə səbəb olub

16 Dekabr 2019 08:26

Banqladeşin paytaxtı Dəkkədə fabrikdə yanğın olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fabrikdə yanğın nəticəsində azı 10 nəfər həlak olub.

Bildirilir ki, yanğın yalnız 2 saat sonra nəzarət altına alınıb. Yanğının səbəbi hələki məlum deyil.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az