Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, çox sayda yaralı var

16 Dekabr 2019 08:12

Rusiyanın Nijeqorodsk vilayətində sərnişin avtobus qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində 25 nəfər xəsarət alıb, onlardan 13-ünün vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Məlumata əsasən, digər 12 xəsarət alana isə hadisə yerində tibbi yardım göstərilib.

Bildirilir ki, qəzaya səbəb havanın əlverişsiz olması və avtobusun sürücüsünün idarəetməni itirməsi olub.

Milli.Az