"VAZ 2107" ilə piyadanı vurub öldürdü

15 Dekabr 2019 21:40

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Düyərli kəndində yolu keçmək istəyən 1965-ci il təvəllüdlü sakin Cəmallədin Rüstəmov "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az