İtaliyada 54 min nəfər təxliyyə olundu - SƏBƏB

15 Dekabr 2019 16:45

İtaliyanın Brindizi şəhərində İkinci dünya müharibəsinə aid bomba tapılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin 54 min əhalisi təxliyyə olunub. Bunun üçün hüquq-mühafizə orqanlarının 1000-dək əməkdaşı və 250 nəfər könüllü iştirak ediblər.

Bomba "Andromeda" kinoteatrının ərazisinin genişləndirilməsi üçün aparılan tikinti işləri zamanı aşkarlanıb. Partlayıcı vasitə şəhər kənarına çıxarılaraq bazar ertəsi zərərsizləşdiriləcək.

Milli.Az