"Onda həyat yoldaşım olma potensialını görmədim" - Ayan ağladı

15 Dekabr 2019 14:47

"Qarşıma fərqli insan çıxdı. Ona çox güvənirdim. Ona görə də düşünürəm, yaxşı ki həyatımda oldu. Bəzən deyirik, həyatımın altını üstünə çevirdi. Həyatımın altı daha gözəl imiş. Alınmadı, nə edək. Nöqtə qoyulsa da, xatirələr gözəl qaldı".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "X maqazin"ə açıqlamasında deyib. Şəxsi həyatından danışan sənətçi boşandıqdan sonra yaşadığı sevgidən bəhs edib.

Ayan evlilik təklifi almasından da söz açıb:

"Türkiyədə yaşadığım ərəfədə oldu. Amma uyğun gəlmədik. Onda həyat yoldaşım olma potensialını görmədim. Tək addımlayıb, güclü olduğuma görə, qat-qat güclü birini istəyirəm.

İkinci dəfə ana olmaq istəyərdim. Amma məntiqli addım olmalıdır".

"Üzr istəməyi bacarmıram. Hərdən anamın da qəlbinə dəyirəm. Sonra peşman oluram, amma üzr istəmirəm. Hərəkətlərimlə göstərirəm ki, bağışla (ağlayır)" deyə, ifaçı əlavə edib.

Ayan Türkiyəyə köçməsindən də danışıb:

"Sürünmək istəmirəm. Öz ayaqlarım üstə dayanıram. Bir vaxt göz açdım ki, artıq sürünürəm. Ona görə də çıxıb getdim".

Milli.Az