Makron Putinlə Zelenskinin söhbətini kəsdi - Peskov

15 Dekabr 2019 12:34

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra məsələlər üzrə anlaşmadan uzaqdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Putin və Zelenski bir-birləri ilə danışmağa başladılar. Yenə də onlar bir sıra məsələlərdə anlaşmadan uzaqdırlar, fərqli terminologiyadan istifadə edirlər. Onlar 10-15 dəqiqə üzbəüz söhbət etdilər. Daha sonra "Normand formatı"nda çalışmağa israr edən Fransa prezidenti onların söhbətini kəsdi", - deyə Peskov ikitərəfli görüşün təfərrüatını açıqlayıb.

Qeyd edək ki, iki lider dekabrın 9-da Parisdə "Normand formatı" sammiti zamanı görüşüblər.

Milli.Az