Nepalın Sindhupalçok rayonunda zəvvarları daşıyan avtobus 500 metr hündürlükdən dərəyə yuvarlanıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, avtobusdakı sərnişinlərdən 13 nəfər ölüb, 16 nəfər yaralanıb. Yol qəzası sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hazırda xilasetmə işləri davam etdirilir.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Milli.Az