Moda aləminin zənginləri - TOP 10

15 Dekabr 2019 11:29

Moda sənayesi 2,5 trilyon dollar səviyyəsində qiymətləndirilir və onun dizaynerlərdən tutmuş şirkətlərin icraçı direktorlarına qədər aparıcı oyunçuları  planetin ən zəngin adamlarının siyahılarına müntəzəm olaraq daxil edilirlər.

Milli.Az oxu.az-a istinadən moda industriyasının 10 ən zəngin nümayəndəsini təqdim edir:

10. Corc Armani

 

Sərvəti: 11 mlrd dollar

Corc Armani italiyalı modelyer və sahibkar, "Armani" şirkətinin təsisçisidir. O, həmçinin İtaliyanın ən zəngin insanlarından biridir.

Corc Armani kolleksiyasını ilk dəfə öz adı ilə 1974-cü ildə təqdim edib. 1980-1981-ci illərdə "Giorgio Armani USA", "Emporio Arman"i və "Armani Jeans" bölmələri yaradılıb.

O, 1989-cu ildə Londonda öz mağazalarını açıb. 2005-ci ildə "Armani Prive" kutyurundan öz geyim xəttini işə salıb.

9. Henrix Dayhmann

Sərvəti: 11,5 mlrd dollar

Hazırda "Deichmann" şirkəti 24 ölkədə 3500 mağaza ilə təmsil olunur və təxminən 35 min nəfərin məşğulluğunu təmin edir.

Henrix Dayhmannın əcdadları 1913-cü ildə Almaniyanın qərb hissəsində yerləşən Essen şəhərciyində kiçik ayaqqabı emalatxanasını açıblar.

O andan etibarən ailənin uzun, artıq bir əsrdən artıq tarixi olan ayaqqabı biznesi başlayıb.

8. Alen və Jerar Verthaymer

Sərvəti: 16,6 mlrd dollar

Fransız iş adamı Alen Verthaymer qardaşı Jerar ilə birlikdə "Chanel" evinin səhm paketinə malikdir, o eləcə də "Balle & Ross"un da investorudur.

Verthaymer qardaşlarının mülkiyyətinə "Château Rauzan-Ségla in Margaux" və "Château Canon in Saint-Emilion"un üzüm bağları da daxildir.

7. Stefan Persson

Sərvəti: 18,8 mlrd dollar

Stefan Persson isveçli sahibkar, atası Erlinq Persson tərəfindən təsis edilmiş H&M şirkətinin İdarə Heyətinin sədri və ən böyük səhmdarıdır.

1970-ci illərdə atası gənc Stefana birincisi Böyük Britaniyada açılmış xarici mağazaların strategiyasının inkişaf etdirilməsini etibar etdi.

1982-ci ildən Stefan firmaya rəhbərlik edib və onun fəaliyyətini xeyli genişləndirərək, H&M-i dünyanın ən iri riteylerlərindən birinə çevirib.

6. Leonardo del Vekkio

Sərvəti: 24,7 mlrd dollar

O,  tibb, günəş və idman eynəklərinin ən böyük istehsalçılarından biridir.

Ən çox tirajlanan markaların aksesuarları da daxil olmaqla, dünyada eynəklərin dörddən üçü onun "Luxottica Group" korporasiyasının zavodlarında istehsal olunur.

2017-ci ildən etibarən şirkət "Essilor" linzalarının istehsalçısı ilə əməkdaşlıq etməyə başlayıb.

5. Tadasi Yanai

Sərvəti: 29,8 mlrd dollar

Tadasi Yanai Yaponiyanın "Uniqlo" gündəlik paltarları markasının əsasını qoyan milyarder,  iş adamıdır.

Bu gün ticarət şəbəkəsi bütün dünyada yayılıb və milyardlarla dövriyyəsi var

4. Fransua Pino

Sərvəti: 35,1 mlrd dollar

Fransalı sahibkar Fransua Pino lüks əşyaların istehsalı və satışı sənayesinə investisiya edirdi. 1994-cü ildə "Pinault" və "Redoute" birləşir və "Pinault-Printemps-Redoute" konserni yaranır (2005-ci ildən PPR).

Milyonçu "Yves Saint", "Bottega Veneta", Parisin "Printemps"  ticarət mərkəzi, "Conforama" mebel şirkəti və "fnac" ticarət şəbəkəsini alıb.

1999-cu ildə Pino  "Gucci" moda evi uğrunda mübarizədə Arno ilə rəqabət aparmalı oldu. 2004-cü ildə isə məşhur moda evi tamamilə PPR-ın tərkibinə keçdi.

3. Fil Nаyt

Sərvəti: 38,5 mlrd dollar

Amerikalı iş adamı Fil Nayt  "Nike" şirkətinin təsisçilərindən biridir. O, partnyoru ilə birlikdə "Blue Ribbon Sports" müəssisəsini yaradıb ki, bu da sonradan "Nike"a çevrilib.

2. Amansio Orteqa

Sərvəti: 70,7 mlrd dollar

Amansio Orteqa ispaniyalı sahibkar, milyarder, "Inditex"in təsisçisi (keçmiş həyat yoldaşı Rosaliya Mera ilə birlikdə) və sabiq prezidentidir; Şirkət özündə 88 ölkədə yerləşən 6750 mağazanı ehtiva edir.

Bundan başqa, Orteqa Florida, Madrid, London və Lissabonda daşınmaz əmlak, qaz sənayesi, turizm və banklara sərmayə yatırıb. Futbol liqasında  paya malikdir.

Xaricdə ilk "Zara" mağazası 1988-ci ildə Portuqaliyanın  Portu şəhərində açıldı.

İlk mağaza açıldıqdan 10 il sonra Orteqa "Industria de Diseno Textil Sociedad Anonima" (Inditex) istehsal və ticarət holdinqini  yaradıb.

1. Bernar Arno

Sərvəti: 105,6 mlrd dollar

Fransalı iş adamı Bernar Arno "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti, planetin ən zəngin adamlarından biridir.

2012-ci ildə biznesmen Belçika vətəndaşlığı almaq üçün müraciət edib. Arno belə bir addımı Belçikada daha çox sərmayə yatırmaq üçün etdiyini bildirsə də, çoxları hesab edir ki, iş adam bunuı sadəcə vergidən yayınmaq üçün edir. Belə ki, həmin ərəfədə Fransa prezidenti Fransua Olland gəliri ildə milyon avrodan çox olan şəxslər üçün 75%-lik vergi tətbiq edilməsi ilə bağlı qərar vermişdi.

Milli.Az