Yerevanda 3 gənc bıçaqlandı

15 Dekabr 2019 11:04

Yerevanın "Erebuni" Tibb Mərkəzinə bıçaq xəsarətləri almış 3 gənc çatdırılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunlar 17 yaşlı Sergey K, 18 yaşlı Ovsep M. və 18 yaşlı Emil K.-dır. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Gənclərin hansı şəraitdə bıçaqlanmaları barədə məlumat verilmir.

Hadisə Horenaçi küçəsində baş verib. Yerevan polisi faktla bağlı araşdırmalara başlayıb, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Milli.Az