Məşhur müğənni heyranına hədiyyə etdiyi çəkmələri geri istədi

15 Dekabr 2019 10:04

Tez-tez bahalı, lakin zövqsüz geyimləri ilə gündəmə gələn Demet Akalın ən zövqsüz sənətçilər sırasındadır.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, alış-verişə çıxan zaman kameralara tuş gələn müğənninin bahalı marka geyimi diqqət çəkib. ''İcebarg'' brendinə məxsus geyimin qiyməti 700 avrodur. O paltara, xüsusilə də uzun boğaz çəkmələrə çox pul xərclədiyini deyib. Belə ki, Akalın bahalı çəkmələrini heyranına hədiyyə etmişdi, lakin həmin qadın çəkmələr ayağına balaca olduğuna görə satışa çıxarıb. Bu hadisəyə çox əsəbiləşən müğənni çəkmələrini heyranından geri istəyib. 

Milli.Az