Dünyanın ən zəngin yəhudiləri

16 Aprel 2010 09:13
İsrailin "Haaretz qəzeti" dünyanın ən zəngin yəhudilərinin siyahısını dərc edib. Siyahıya "Oracle"nin sahibi Laurens Ellison başçılıq edir. O, 28 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin yəhudisidir.

"Haaretz"in iqtisadiyyat əlavəsi "The Marker"də yayımlanan siyahı məşhur "Forbes" jurnalının "ən zənginlər" siyahısı əsasında hazırlanıb. "The Marker" siyahıya düşən yəhudi zənginlərinin çoxunun İsraillə hər hansı formada iş əlaqəsində olduğunu və ya yəhudi təşkilatlarına kömək etdiklərini bildirir.

"Bloomberg Media"nın sahibi Maykl Blumberq 18 milyard dollarla media dünyasındakı ən zəngin yəhudidir. Media sahəsində ikinci yeri 1,6 milyard dollarlıq varidatı ilə Marvel Comics film şirkətinin sahibi İsak Perlmutter tutur.

Texnologiya sektorunda "Oracle"nin sahibi Ellisonu "Facebook"un sahibi Zuckerberg 4 milyard dollarlıq sərvətiylə izləyir. O, həmçinin siyahıdakı ən gənc yəhudi zənginidir.

"Çelsi" futbol klubunun sahibi olan yəhudi əsilli rusiyalı iş adamı Roman Abramoviç də 11 milyard dollarlıq sərvətiylə enerji sektorunun ən zəngin yəhudiləri siyahısına girib.

6,4 milyard dollarlıq sərvəti ilə digər yəhudi əsilli rusiyalı - "Renova Group"un sahibi Viktor Vekelsberq də reytinqdə öz yerini alıb.

Əmlak, maliyyə və qumar sektorlarındakı yəhudi zənginlərin reytinqinə isə müvafiq olaraq avstraliyalı əmlak milyarderi Harri Triguboff, məşhur maliyyəçi-filantrop Corc Soros və qumarxanalar sahibi Adelson başçılıq edir.

/Ekspress/