Həbib amerikalı idmançı ilə bu tarixdə görüşəcək

14 Dekabr 2019 18:34

UFC rusiyalı Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında görüşün keçirilmə vaxtını açıqlayıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar aprelin 18-də Nyu-Yorkda döyüşəcəklər. 

Qeyd edək ki, bu, Həbib və Toni arasında 2015-ci ildən başlayaraq, görüşün təşkil olunması üzrə beşinci cəhddir. Ancaq onlar bu günə qədər bir-biri ilə döyüşməyiblər. 

31 yaşlı dağıstanlı idmançı karyerası ərzində 28 döyüş keçirib və hər birində qələbə qazanıb. 

35 yaşlı Toni isə bugünədək 28 görüş keçirib ki, bunlardan 25-də qələbə qazanıb, üçündə isə məğlub olub.

Milli.Az