Xətai camaatı rahat nəfəs ala bilər: polis bu şəxsi ələ keçirdi

14 Dekabr 2019 15:44

Xətai rayon ərazisindəki 4 evdən oğurluqda şübhəli bilinən R.Namazov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 14.920 manat pul, 11.200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılıb.

Milli.Az