Xiaomi dünyanın ilk 108 Mp-lik smartfonu olan Mi Note 10-u nəhayət satışa çıxarır. Qeyd edək ki, cihazın qlobal satışından söz gedir. Çin versiyası satışda bir müddətdir ki, mövcuddur. Samsung istehsalı olan 108 Mp-lik kamera sensoruna malik cihaz DxOMark testlərinə görə dünyanın ən yaxşı şəkil çəkən və yaxınlaşdıra bilən smartfonudur.
Milli.Az technote.az-a istinadən bildirir ki, dünyanın ilk 108 Mp-lik kamerasına malik telefoni Xiaomi Mi Note 10 qlobal olaraq satışa çıxdı.
Çin bazarına CC9 Pro adı ilə satışa çıxan cihaz qlobal bazara Mi Note 10 adı ilə çıxır. 6.7 düymlük qıvrımlı Amoled ekrana malik olan cihazda Snapdragon 730G çipseti var və UFS 3.0 sürətində yaddaş tutumuna malikdir. Telefonda ümumilikdə 5 kamera mövcuddur və 108 Mp-lik sensor ilə dünyada bir ilkdir. Həmçinin təkmilləşdirilmiş Süni Zəka ilə də çəkilən şəkillər əvvəlcədən işlənir və sonra istifadəçiyə göstərilir.
Tam parametrlər:
Ekran: 6.7 düym 1080x2340 piksel AMOLED qıvrımlı ekran
Prosessor: Snapdragon 730G, GameTurbo 2.0 dəstəkli
RAM: 6GB LPDDR4X
Yaddaş: 128GB UFS 3.0
Arxa Kamera: 108MP OIS sensor, 5MP 5x telefoto sensor, 12MP dərinlik sensoru, 20MP ultra geniş bucaqlı sensor, 2MP makro sensor, 10x hibrid yaxınlaşdırma, 50x ümumi yaxınlaşdırma
Ön kamera: 32MP
Batareya: 5260mAh, 30W sürətli şarj
Qiyməti 430 dollar nəzərdə tutulub. Lakin ölkəyə görə dəyişə bilər.
Milli.Az