Rusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaq

17 Dekabr 2019 23:20

Rusiyanın "Android texnikası" Elmi İstehsalat Birliyi Yaponiyanın GİTAİ start-up şirkəti ilə birgə Ayda müxtəlif işlər görmək üçün robot hazırlamağı nəzərdə tutur.

Milli.Az chip.az-a istinadən bildirir ki, bu barədə qurumun icraçı direktoru Yevgeniy Dudorov məlumat verib.

O, GİTAİ şirkətinin insana bənzər, həm də operatorun hərəkətlərini təkrarlayan robotlar istehsal etdiyini diqqətə çatdırıb.

Milli.Az