Günün yuxuyozması
21 Noyabr 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Nikah - Yuxuyozmalarda nikah sevdiyiniz adama hisslərinizin sınağı anlamına gəlir. Yuxuda cütlüyün nikah mərasimində iştirak etmək bir daha ikinci yarınızla qohumluq və yaxınlıq hissləriniz güclənəcək. Yuxuda nikahlandığını görmək, bu, sizin birgə yol keçəcəyiniz, kədər və sevincinizi bölüşəcəyiniz adamla qanuni və cismanidən daha çox mənəvi ittifaqınızdan xəbər verir.
Taxta kəpəyi - Yuxuda taxta kəpəyi görmüsünüzsə, bu o deməkdir ki, bir çox səhvləriniz evinizdə narazılığa, mübahisələrə səbəb olacaq.
Vanna - Gənc adam yuxuda vanna qəbul edirsə, bu onun sevgilisi haqqında ürəyində keçirdiyi həyəcanlar və onun xoş rəftarını itirmək qorxusu deməkdir. Hamilə qadın üçün belə yuxu mümkün bədbəxt hadisədən xəbər verir, evli adam üçün etibarsızlıq, inamsızlıq əlamətidir. Əgər kimləsə yuyunmağa hazırlaşırsınızsa, siz həyatda pislik və şər atan insanlardan özünüzü qorumalısınız.Vannada çirkli su pis əlamətdir. Soyuq və təmiz su sevinc və yaxşı sağlamlıq əlamətidir. Ümumiyyətlə, belə yuxular ehtiyatlı olmaq, öz hərəkətləriniz haqqında düşünmək üçün xəbərdarlıq edir.
Zanbaq - xəstəlik və bədbəxtliyə işarədir. Enliyarpaqlı zanbaq görmək erkən yaşda evlilik və tezliklə də ayrılığa işarədir. Balaca uşaqları zanbaqlar arasında görmək onların zəifliyi və kövrəkliyinə işarədir. Gənc qadın yuxuda zanbaq toplayırsa və ya onlardan zövq alırsa, bu sevinclə kədərin birləşməsinə işarədir, sevəcəyi insan fiziki cəhətdən əziyyət çəkəcək. Gənc qadın zanbaqları solğun şəkildə görübsə, deməli, yaxında onu qəm, qüssə gözləyir. Yuxuda bu çiçəklərin ətrini qoxlayırsınızsa, bu o deməkdir ki, qəm, kədərdən uzaqlaşacaqsınız.
Əncir - Bolluğa işarədir.
Milli.Az